İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.
Finss.az dövlət xidmətinə istinadən xəbər verir ki, indiyədək ölkə ərazisində 110.518 ədəd belə NKA quraşdırılıb.
Məlumata görə, yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyələrə nəzarətin təmin edilməsinə imkan yaradıb:
"2025-ci ildə yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 28 mlrd. 162,0 mln. manat olub ki, bu da 2024-cü illə müqayisədə 3,6 mlrd. manat, yaxud 14,8 faiz çoxdur."
Fuad Mədətov
Finss.az
