2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan 69,7 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edilib.
Finss.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın dekabr sayına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 24,2 milyon dollar və ya 25,8% azalma deməkdir. 2024-cü ilin yanvar-noyabr aylarında ölkədən elektrik enerjisi ixracı 93,9 milyon dollar təşkil edib.
Hesabat dövründə Azərbaycanın qeyri-neft sektoru üzrə ümumi ixracı 3,3 milyard ABŞ dolları səviyyəsində olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,3% artım deməkdir.
Fuad Mədətov
Finss.az
