2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan 297,4 milyon ABŞ dolları dəyərində qızıl ixrac edilib.
Finss.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın dekabr sayına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 110,8 milyon dollar və ya 59,4% çoxdur.
Noyabr ayı üzrə ixrac isə 20,6 milyon ABŞ dolları təşkil edib və bu, 2024-cü ilin noyabr ayı ilə müqayisədə 2,6 milyon dollar və ya 11,2% azalma deməkdir.
Hesabat dövründə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 3,3 milyard ABŞ dolları səviyyəsində olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,3% artım deməkdir.
Fuad Mədətov
Finss.az
