Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik – “Azərkosmos” 2025-ci ilin yanvar-noyabr aylarında dünyanın 41 ölkəsinə peyk telekommunikasiya xidmətləri ixrac edib və 16,4 milyon ABŞ dolları gəlir əldə edib.
Finss.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın dekabr sayına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3% azalma deməkdir.
Agentliyin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 66%-ni təşkil edib, yerdə qalan hissə isə daxili fəaliyyət və digər layihələrdən gəlir kimi formalaşıb.
2025-ci ilin noyabr ayında “Azərkosmos” dünyanın 35 ölkəsinə 1,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. İxracda ilk beşlik ölkələr üzrə pay belədir:
| Ölkə | Gəlir (ABŞ dolları) |
|---|---|
| Birləşmiş Krallıq | 4,2 milyon |
| Lüksemburq | 3,2 milyon |
| İsveç | 1,1 milyon |
| Türkiyə | 772 min |
| Nigeriya | 759,8 min |
Fuad Mədətov
Finss.az
