BİZNES

07 Yanvar

Azərbaycandan Türkiyəyə neft ixracı 142,4 min ton olub

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan Türkiyəyə xam neft və neft məhsullarının ixracı 142,4 min ton təşkil edib.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, ixracın dəyəri 69 milyon ABŞ dolları olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 132,5 milyon dollar və ya 65,8%, həcm baxımından 227,2 min ton və ya 61,5% azalma deməkdir.

2024-cü ilin yanvar-noyabr aylarında Türkiyəyə ixrac olunan məhsulun həcmi 369,6 min ton, dəyəri isə 201,5 milyon dollar olmuşdu.

Cari ilin ilk 11 ayında Azərbaycandan dünyanın 21 ölkəsinə xam neft və neft məhsulları ixrac edilib. Ümumilikdə ixracın həcmi 22,1 milyon ton, dəyəri isə 11,5 milyard ABŞ dolları təşkil edib. 2024-cü ilin eyni dövrü ilə müqayisədə ixracın dəyəri 1,8 milyard dollar və ya 13,5% azalsa da, həcm baxımından 576 min ton və ya 2,7% artım müşahidə olunub.

Fuad Mədətov
Finss.az