2025-ci ilin yanvar-noyabr aylarında Bakı şəhərində pərakəndə ticarət dövriyyəsi 34,605 milyard manat təşkil edib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4% artım deməkdir.
Finss.az Bakı şəhər Statistika İdarəsinin məlumatına əsasən xəbər verir ki, dövriyyənin ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə hissəsi 19,254 milyard manat olub və bu, illik müqayisədə 0,4% çoxdur. Qeyri-ərzaq mallarının dövriyyəsi isə 15,352 milyard manata çataraq 9,5% artım göstərib.
Hesabat dövründə pərakəndə ticarət dövriyyəsinin artımı müəssisələr üzrə 6,4%, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 2,7% olub. Satışların 36,6%-i hüquqi şəxslərin mağazalarında, 52,2%-i fərdi sahibkarların ticarət obyektlərində, 11,2%-i isə paytaxtın əmtəə bazarlarında həyata keçirilib.
Ümumilikdə ölkə üzrə yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsi vasitəsilə istehlakçılara 58,571 milyard manatlıq məhsul satılıb. Bunun 31,937 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatları, 26,634 milyard manatı isə qeyri-ərzaq mallarına aiddir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7%, ərzaq və içkilər üzrə 1,2%, qeyri-ərzaq malları üzrə isə 6,7% artım göstərib.
Fuad Mədətov
Finss.az
