2025-ci ilin yanvar-noyabr aylarında Bakı şəhərində əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 8,160 milyard manat olub.
Finss.az Bakı şəhər Statistika İdarəsinin məlumatına əsasən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə real ifadədə 10,3% çoxdur.
Hesabat dövründə hüquqi şəxslər tərəfindən göstərilən xidmətlərin dəyəri 7,281 milyard manat təşkil edib ki, bu da şəhərdəki xidmətlərin ümumi həcminin 89,2%-ni əhatə edir.
Ümumilikdə ölkə üzrə 2025-ci ilin yanvar-noyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 13,233 milyard manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 8,9% artım deməkdir. Hüquqi şəxslərin payına düşən xidmətlərin həcmi 9,976 milyard manat təşkil edib və bu, ümumi xidmətlər dəyərinin 75,4%-ni təşkil edir.
Fuad Mədətov
Finss.az
