BİZNES

06 Yanvar

Bakıda ictimai iaşə dövriyyəsi artıb

2025-ci ilin yanvar-noyabr aylarında Bakı şəhərində ictimai iaşə dövriyyəsi 1,949 milyard manat təşkil edib.

Finss.az Bakı şəhər Statistika İdarəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 14,6% artım deməkdir.

Bakı üzrə dövriyyənin hüquqi şəxslərin payına düşən hissəsi 933 milyon manat olub və bu, ümumi dövriyyənin 47,9%-ni təşkil edir.

Ölkə üzrə isə eyni dövrdə ictimai iaşə dövriyyəsi 2,489 milyard manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 12,8% artım deməkdir.

Ölkə üzrə özəl sektorda dövriyyənin 51,2%-i hüquqi şəxslərin, 48,8%-i isə fiziki şəxslərin payına düşür. Hüquqi şəxslərin dövriyyəsi 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,9% artaraq 1,263 milyard manat təşkil edib.

Fuad Mədətov
Finss.az