2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsi 5,2 milyard ABŞ dolları təşkil edib.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 424,3 milyon dollar və ya 7,5% azalma deməkdir. Dövriyyə Azərbaycanın ümumi ticarət əməliyyatlarının 11,66%-ni təşkil edərək Türkiyəni ikinci ən böyük ticarət tərəfdaşı edib.
Azərbaycandan Türkiyəyə 3,076 milyard dollar dəyərində məhsul göndərilib, bu da illik müqayisədə 440 milyon dollar və ya 12,5% azalma göstərir. İxracın içində bitumlu süxurlardan əldə edilmiş xam neft və neft məhsulları 69 milyon dollar, həcmi 142,4 min ton olub. Ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,9 dəfə, həcm baxımından isə 2,6 dəfə azalma qeydə alınıb. Qeyri-neft məhsulları ixracı 546,1 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 7,7% artım deməkdir. Qeyri-neft məhsullarının payı ümumi ixracın 16,46%-i olub, Türkiyə bu sahədə ikinci ən böyük alıcıdır.
Türkiyədən Azərbaycana 2,125 milyard dollar dəyərində məhsul gətirilib ki, bu da illik müqayisədə 15,7 milyon dollar və ya 0,7% artım deməkdir. Beləliklə, Türkiyə idxal tərəfdən Azərbaycanın üçüncü böyük tərəfdaşıdır.
2025-ci ilin yanvar-noyabr aylarında 44,589 milyard dollar dəyərində əməliyyat aparılıb, bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 1,48 milyard dollar və ya 3,4% artım deməkdir. İxracın payı 23,401 milyard dollar, idxalın payı isə 21,188 milyard dollar olub. Son 1 ildə ixrac 937 milyon dollar azalıb (−3,8%), idxal isə 2,416 milyard dollar artıb (+12,9%).
Nəticədə xarici ticarətdə 2,213 milyard dollar müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 2,5 dəfə azalma deməkdir.
Fuad Mədətov
Finss.az
