2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycandan Bolqarıstana 169,5 min ton xam neft və neft məhsulları ixrac olunub. Bu ixracın ümumi dəyəri 92,3 milyon ABŞ dolları təşkil edib.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində ixrac 46,3 milyon ABŞ dolları və ya 2 dəfə artıb, həcm baxımından isə 88,6 min ton və ya 2,1 dəfə azalıb. 2024-cü ilin yanvar–noyabr aylarında Bolqarıstana ixrac 46 milyon dollar dəyərində və 80,9 min ton həcmində olub.
Cari ilin yanvar–noyabr aylarında Azərbaycan, ümumilikdə, dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilmiş xam neft və neft məhsulları göndərib. Bu dövrdə ixracın ümumi həcmi 22,1 milyon ton, dəyəri isə 11,5 milyard ABŞ dolları olub.
Hesabat dövrü ilə müqayisədə 2024-cü ilin yanvar–noyabr aylarına nisbətən:
- Dəyər ifadəsində azalma: 1,8 milyard ABŞ dolları və ya 13,5%
- Həcm ifadəsində artım: 576 min ton və ya 2,7%
Fuad Mədətov
Finss.az
