BİZNES

05 Yanvar

Azərbaycandan Danimarkaya neft ixracı 49,7 milyon ABŞ dolları dəyərində olub

2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycandan Danimarkaya 88,2 min ton xam neft və neft məhsulları ixrac edilib.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu ixracın ümumi dəyəri 49,7 milyon ABŞ dolları təşkil edib.

Finss.az xəbər verir ki, ötən il Azərbaycandan Danimarkaya neft ixracı həyata keçirilməyib.

Cari ilin yanvar–noyabr aylarında Azərbaycan, ümumilikdə, dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilmiş xam neft və neft məhsulları göndərib. Bu dövrdə ixracın həcmi 22,1 milyon ton, ümumi dəyəri isə 11,5 milyard ABŞ dolları olub.

Hesabatda vurğulanıb ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə:

  • Dəyər ifadəsində azalma: 1,8 milyard ABŞ dolları və ya 13,5%
  • Həcm ifadəsində artım: 576 min ton və ya 2,7%

Fuad Mədətov
Finss.az