2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycandan İsveçrəyə 96,6 milyon dollar dəyərində, 172,9 min ton xam neft və neft məhsulları ixrac olunub.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, ötən il Azərbaycandan İsveçrəyə neft ixrac edilməyib, beləliklə 2025-ci il bu istiqamətdə ilk ixrac ili olub.
Məlumata əsasən, cari ilin ilk 11 ayında Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac olunub. Ümumilikdə ixracın həcmi 22,1 milyon ton, ümumi dəyəri isə 11,5 milyard ABŞ dolları təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə ixracın dəyəri 1,8 milyard ABŞ dolları və ya 13,5% azalıb, həcmi isə 576 min ton və ya 2,7% artıb.
Fuad Mədətov
Finss.az
