BİZNES

30 Dekabr

SOCAR-ın qaz ixrac gəlirləri 11 ayda 61,7 milyon ABŞ dolları təşkil edib

SOCAR-ın Qaz İxracı İdarəsi 2025-ci ilin yanvar-noyabr aylarında ixracdan 61,7 milyon ABŞ dolları gəlir əldə edib.

Finss.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”na əsasən xəbər verir ki, 2024-cü ilin eyni dövründə Qaz İxracı İdarəsi ixracdan gəlir əldə etməyib.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətləri arasında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi lider mövqedədir. Siyahıda növbəti yerlərdə SOCAR Polymer MMC, AzerGold QSC, Azəralüminium MMC, SOCAR-ın Qaz İxracı İdarəsi, Azərpambıq Aqrar Sənaye Kompleksi MMC, SOCAR-DALĞIC MMC, Azərbaycan Dəmir Yolları QSC, İstisu Mineral Su Zavodu MMC, həmçinin Naxçıvan MR Enerji Xidməti yer alır.

Fuad Mədətov
Finss.az