2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycandan Tunisə ixrac olunan bitumlu süxurlardan əldə edilmiş xam neft və neft məhsullarının həcmi 370,5 min ton, dəyəri isə 198,7 milyon ABŞ dolları təşkil edib.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 79,9 milyon dollar və ya 28,7%, həcm baxımından isə 73,4 min ton və ya 16,5% azalıb.
Qeyd edək ki, 2024-cü ilin ilk 11 ayında Azərbaycandan Tunisə 443,9 min ton neft və neft məhsulları ixrac olunmuş, dəyəri isə 278,6 milyon dollar təşkil etmişdi.
Bundan əlavə, yanvar–noyabr aylarında Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan xam neft və neft məhsulları ixrac olunub. Ümumi ixrac 22,1 milyon ton, dəyəri isə 11,5 milyard ABŞ dolları olub.
2024-cü ilin eyni dövrü ilə müqayisədə ümumi ixracın dəyəri 1,8 milyard dollar və ya 13,5% azalıb, həcm baxımından isə 576 min ton və ya 2,7% artım qeydə alınıb.
Fuad Mədətov
Finss.az
