BİZNES

29 Dekabr

Azərbaycanın Böyük Britaniyaya neft ixracı 273,1 milyon dollar olub

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan Böyük Britaniyaya ixrac edilən bitumlu süxurlardan alınmış xam neft və neft məhsullarının dəyəri 273,1 milyon dollar təşkil edib.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 117,8 milyon dollar və ya 30,1%, həcm baxımından isə 135,2 min ton və ya 20,8% azalıb.

Ötən ilin ilk 11 ayında Azərbaycandan Böyük Britaniyaya 650,1 min ton xam neft və neft məhsulları ixrac olunmuş, dəyəri isə 390,9 milyon dollar təşkil etmişdi.

Hesabat dövründə Böyük Britaniya Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr sırasında 8-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, yanvar–noyabr aylarında Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac olunub. Ümumi ixrac 22,1 milyon ton, dəyəri isə 11,5 milyard ABŞ dolları təşkil edib.

Məlumata əsasən, 2024-cü ilin eyni dövrü ilə müqayisədə ümumi ixracın dəyəri 1,8 milyard dollar və ya 13,5% azalıb, həcm baxımından isə 576 min ton və ya 2,7% artım qeydə alınıb.

Fuad Mədətov
Finss.az