2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycandan İrlandiyaya bitumlu süxurlardan alınmış xam neft və neft məhsullarının ixracı 524,9 min ton, dəyəri isə 267,8 milyon ABŞ dolları təşkil edib.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 157,4 milyon dollar və ya 2,4 dəfə, həcm baxımından isə 350,6 min ton və ya 3 dəfə artım göstərir.
Qeyd edək ki, 2024-cü ilin ilk 11 ayında Azərbaycandan İrlandiyaya 174,3 min ton xam neft və neft məhsulları ixrac olunmuş, dəyəri isə 110,4 milyon dollar təşkil etmişdi.
Həmçinin, yanvar–noyabr aylarında Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac olunub. Ümumi ixrac 22,1 milyon ton, dəyəri isə 11,5 milyard ABŞ dolları təşkil edib.
Məlumata əsasən, 2024-cü ilin eyni dövrü ilə müqayisədə ümumi ixracın dəyəri 1,8 milyard dollar və ya 13,5% azalıb, həcm baxımından isə 576 min ton və ya 2,7% artım qeydə alınıb.
Fuad Mədətov
Finss.az
