2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan Portuqaliyaya 430,7 milyon dollar dəyərində 803,4 min ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac olunub.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 200,5 milyon dollar və ya 31,8%, həcm baxımından isə 201,6 min ton və ya 20,1% azalma göstərib.
Hesabat dövründə Portuqaliya Azərbaycanın ən çox neft və neft məhsulları ixrac etdiyi ölkələr sırasında 6-cı yerdə qərarlaşıb.
Qeyd edək ki, yanvar-noyabr aylarında Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac olunub. Ümumi ixrac həcmi 22,1 milyon ton, dəyəri isə 11,5 milyard ABŞ dolları təşkil edib.
Məlumata əsasən, 2024-cü ilin eyni dövrü ilə müqayisədə ümumi ixracın dəyəri 1,8 milyard dollar və ya 13,5% azalıb, həcm baxımından isə 576 min ton və ya 2,7% artım qeydə alınıb.
Fuad Mədətov
Finss.az
