Finss.az xəbər verir ki, qrafik çip istehsalçısı Nvidia Corp. ABŞ-ın yüksək performanslı süni intellekt sürətləndiriciləri hazırlayan startapı Groqun aktivlərini 20 milyard dollara satın alır. Bu informasiya CNBC-yə istinadən Disruptive maliyyə firması baş direktoru Aleks Devis tərəfindən verilib.
Groq 2016-cı ildə təsis edilib və o vaxtdan bəri 500 milyon dollardan çox investisiya alıb. Şirkət sentyabr ayında keçirilmiş maliyyələşdirmə raundunda 750 milyon dollar cəlb edib və bu raund Groq-un dəyərini təxminən 6,9 milyard dollar səviyyəsinə çatdırıb.
Aleks Devisin açıqlamasına görə, Nvidia bulud biznesi istisna olmaqla, Groq-un bütün aktivlərini əldə edəcək. Bu addım Nvidia-nın süni intellekt bazarında mövqeyini gücləndirəcək və AI çipləri texnologiyalarında liderliyini artıracaq.
Analitiklər bildirirlər ki, bu satınalma yüksek performanslı AI sürətləndiriciləri bazarında konsentrasiyanı artıracaq və qlobal süni intellekt investisiyalarına təsir göstərəcək.
