“Bakı Metropoliteni” QSC-nin 2016-cı ildə fəaliyyətini dayandırmış “Texnikabank” ASC və “Bank Standard”da yerləşdirilmiş təxminən 3 milyon 709 min manat vəsaiti hələ də geri qaytarılmayıb.
Finss.az QSC-nin açıqladığı son maliyyə hesabatına əsasən xəbər verir ki, bu məbləğ cari bank hesablarında göstərilsə də, faktiki olaraq istifadəyə verilməyib.
Vəsaitlərin 1,563 milyon manatı “Texnikabank” ASC-də, 2,166 milyon manatı isə “Bank Standard”da qalıb. Şirkətin 2024-cü ilin sonuna dair hesabatında qeyd olunur ki, zərər ehtiyatı çıxıldıqdan sonra pul vəsaitləri və onların ekvivalentləri 9,839 milyon manat səviyyəsindədir. Bu göstərici 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli artımı göstərir.
