BİZNES

26 Dekabr

Azərbaycandan Çexiyaya 742 milyon dollarlıq neft ixrac edilib

2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycandan Çexiyaya bitumlu süxurlardan əldə edilmiş xam neft və neft məhsullarının ixracının dəyəri 742,2 milyon ABŞ dolları təşkil edib. Bu müddət ərzində Çexiyaya ümumilikdə 1 milyon 405 min ton neft və neft məhsulu ixrac olunub.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixracın dəyəri 235,4 milyon dollar və ya 24,1%, həcmi isə 178 min ton və ya 11,2% azalıb.

Qeyd edək ki, 2024-cü ilin ilk 11 ayında Azərbaycandan Çexiyaya 1,583 milyon ton xam neft və neft məhsulları ixrac edilmiş, bu ixracın ümumi dəyəri 977,6 milyon ABŞ dolları təşkil etmişdi.

Ümumilikdə isə 2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycan bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsullarını dünyanın 21 ölkəsinə ixrac edib. Hesabat dövründə ixracın ümumi həcmi 22,1 milyon ton, ümumi dəyəri isə 11,5 milyard ABŞ dolları olub.

Məlumata görə, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 1,8 milyard dollar və ya 13,5% azalıb, həcmi isə 576 min ton və ya 2,7% artıb.

Fuad Mədətov
Finss.az