Finss.az - Türkiyənin Hareket Project Transportation (HPT) şirkəti Şahdəniz qaz-kondensat yatağında Şahdəniz Kompressiya (SDC) platformasının tikinti layihəsi üçün SOCAR və BP ilə iki illik müqavilə imzalayıb.
Bu ayın əvvəlində HPT, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Böyük Britaniyanın BP Plc şirkəti ilə SDC platformasının tikinti layihəsi üçün əməliyyat xidmətlərinin göstərilməsi üzrə danışıqlara başlandığını açıqlamışdı.
HPT-nin 4 dekabr 2025-ci il tarixli açıqlamasında bildirilib ki, SOCAR və BP arasında birgə investisiya layihəsi olan Şahdəniz Kompressiya platformasının tikintisi üçün mühəndislik, nəqliyyat və kran xidmətləri üzrə 2 illik müqavilə imzalanıb.
Müqavilənin ümumi dəyəri 11 milyon ABŞ dolları təşkil edir və layihədə mühəndislik və nəqliyyat xidmətlərinin təmin edilməsini nəzərdə tutur.
