2025-ci ilin yanvar-noyabr aylarında Türkiyə ərazisindən Bakı–Tbilisi–Ceyhan (BTC) neft boru kəməri ilə 189,114 milyon barrel neft nəql edilib.
Finss.az Türkiyənin BOTAŞ şirkətinin məlumatına əsasən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,3% azalma deməkdir (2024-cü ilin yanvar-noyabrında 204,061 milyon barrel neft daşınıb).
Xüsusilə, 2025-ci ilin noyabr ayında BTC kəməri ilə 16,326 milyon barrel neft daşınıb ki, bu da ötən ilin noyabr ayına nisbətən 18,8% azalma təşkil edir (2024-cü ilin noyabrında 20,116 milyon barrel).
Qeyd edək ki, 2024-cü ilin yekunlarına görə BTC kəməri vasitəsilə Türkiyə ərazisindən ümumilikdə 224,14 milyon barrel neft daşınıb.
BTC Co. şirkətinin səhmdar strukturu isə aşağıdakı kimidir:
- SOCAR – 32,97%
- bp – 30,10%
- MOL – 8,90%
- TPAO – 6,53%
- Eni – 5,00%
- TotalEnergies – 5,00%
- ITOCHU – 3,40%
- ONGC Videsh – 3,10%
- ExxonMobil – 2,50%
- INPEX – 2,50%
