2025-ci ilin yanvar-oktyabr aylarında Qazaxıstan ilə Azərbaycan arasındakı xarici ticarət həcmi 385,2 milyon ABŞ dolları təşkil edib.
Finss.az Qazaxıstan Milli Statistika Bürosunun məlumatına əsasən xəbər verir ki, bu göstərici Qazaxıstanın ümumi ticarət dövriyyəsinin 0,3%-i qədərdir.
Hesabat dövründə Azərbaycana ixrac 325,9 milyon dollar olub ki, bu da Qazaxıstanın ümumi ixracının 0,5%-i təşkil edir. Eyni zamanda, Azərbaycandan Qazaxıstana malların idxalı 59,2 milyon dollar olub ki, bu da Qazaxıstanın ümumi ixracının 0,1%-i deməkdir.
