2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycana idxal edilən məhsulların həcmi 21,188 milyard ABŞ dolları təşkil edib.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, idxalda dövlət sektorunun payı 6,9 milyard dollar (32,4%), özəl sektorun payı 12,4 milyard dollar (58,4%), fiziki şəxslərin payı isə 1,9 milyard dollar (9,2%) olub. Ötən ilin eyni dövrü ilə müqayisədə idxalda dövlət sektoru 26,6%, özəl sektor 7,2%, fiziki şəxslər 7,6% artım göstərib.
Eyni dövrdə Azərbaycanın məhsul ixracının dəyəri 23,401 milyard ABŞ dolları təşkil edib. İxracda dövlət sektorunun payı 10,6 milyard dollar (45,5%), özəl sektorun payı 12,6 milyard dollar (54%), fiziki şəxslərin payı isə 132,3 milyon dollar (0,56%) olub. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac göstəriciləri dövlət sektorunda 6,6%, özəl sektorda 1,3%, fiziki şəxslərdə 10,4% azalıb.
Nəticədə, yanvar-noyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 44,589 milyard ABŞ dolları olub ki, bu da illik müqayisədə 3,4% artım deməkdir. İxrac 23,401 milyard, idxal isə 21,188 milyard dollar təşkil edib. Beləliklə, xarici ticarətdə 2,213 milyard dollar məbləğində müsbət saldo yaranıb ki, bu da ötən ilin göstəricisi ilə müqayisədə 2,5 dəfə azdır.
Fuad Mədətov
Finss.az
