2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyalardan daşınmaz əmlakla bağlı əməliyyatlara 7,6 milyon manat sərf olunub.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,2 milyon manat və ya 2,5 dəfə çoxdur. Qeyd edək ki, 2024-cü ilin ilk 10 ayında bu sahəyə yalnız 3 milyon manat sərmayə yatırılıb.
Cari ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün mənbələrdən əsas kapitala 16,659 milyard manat investisiya yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3% artım deməkdir.
Sərmayələrin sektorlar üzrə bölgüsü belədir:
- Məhsul istehsalı sahələrinə – 8,421 milyard manat (50,6%)
- Xidmət sahələrinə – 5,614 milyard manat (33,7%)
- Yaşayış evlərinin tikintisinə – 2,623 milyard manat (15,7%)
Ümumilikdə sərmayələrin 51,1%-i dövlət, 48,9%-i qeyri-dövlət sektoru tərəfindən qoyulub.
Bundan əlavə, sərmayə qoyuluşunun 76,2%-i tikinti-quraşdırma işlərinə, 78%-i isə daxili mənbələrdən əsas kapitala yönəldilib. Maraqlıdır ki, neft-qaz sektoruna yatırılan investisiyalar 8,5% azalıb, qeyri-neft-qaz sektoruna yönəldilən investisiyalar isə 8,3% artıb.
Fuad Mədətov
Finss.az
