BİZNES

24 Dekabr

Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupunun növbəti iclası keçirilib

Finss.az - İclasda rəqabət sahəsi üzrə təkmilləşdirilən hüquqi çərçivə və bazar rəqabətini təşviq edən qaydalar, həmçinin “Business Ready” layihəsinin “Bazar rəqabəti” indikatoruna dair icrası nəzərdə tutulan tədbirlər müzakirə edilib.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupunun növbəti iclası keçirilib. İclas zamanı Dünya Bankı Qrupunun “Business Ready” layihəsi çərçivəsində “Bazar rəqabəti” indikatoru üzrə müvafiq sahədə təkmilləşdirmələr və kommunikasiya tədbirlərinə dair 2026-cı il üçün Yol Xəritəsi, habelə cari il ərzində görülmüş işlər müzakirə olunub.

Iclasda Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyası Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri Vüsal Şıxəliyev və Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupunun rəhbəri, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədrinin müşaviri Cəfər Babayev çıxış ediblər.

Çıxışlar zamanı müvafiq Yol Xəritəsində qarşıda duran əsas hədəflər barədə məlumat verilib. Həmçinin prioritet istiqamətlər üzrə institusional əməkdaşlığın gücləndirilməsi və effektiv kommunikasiyanın əhəmiyyəti diqqətə çatdırılıb.

Həmçinin cari ildə işçi qrupun fəaliyyəti çərçivəsində görülən işlərlə bağlı hesabat xarakterli təqdimat nümayiş etdirilib, Rəqabət Məcəlləsinin biznes mühitinin səmərəliliyinin artırılmasında rolu vurğulanıb, rəqabət sahəsi üzrə təkmilləşdirilən hüquqi çərçivə və bazar rəqabətini təşviq edən qaydalar, həmçinin “Business Ready” layihəsinin “Bazar rəqabəti” indikatoruna dair icrası nəzərdə tutulan tədbirlər müzakirə edilib.  

Bundan əlavə, sahibkarlıq subyektlərinin dövlət satınalmalarında iştirakını təşviq edən qanunvericilik müddəaları, o cümlədən satınalmaların rəqəmsallaşdırılmasının effektivliyindən bəhs olunub.