BİZNES

23 Dekabr

Azərbaycandan Gürcüstana 1,586 milyon dollar dəyərində neft ixrac edilib

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan Gürcüstana bitumlu süxurlardan əldə olunan xam neft və neft məhsullarının ixracı 1,586 milyon ABŞ dolları dəyərində, təxminən 3,838 min ton təşkil edib.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ilə Gürcüstan Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr arasında 21-ci yeri tutub.

Qeyd olunur ki, cari ilin yanvar-noyabr aylarında Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilmiş xam neft və neft məhsulları ixrac olunub. Ümumilikdə ixracın həcmi 22,1 milyon ton, ümumi dəyəri isə 11,5 milyard ABŞ dolları təşkil edib.

Analitiklərin qeyd etdiyi kimi, 2024-cü ilin analoji dövrü ilə müqayisədə, dəyər ifadəsində ixrac 1,8 milyard ABŞ dolları və ya 13,5% azalıb, fiziki ifadədə isə 576 min ton və ya 2,7% artım müşahidə olunub.

Fuad Mədətov
Finss.az