2025-ci ilin dekabr ayının 1-nə respublika üzrə uçotda olan vergi ödəyicilərinin sayı 1.667.152 nəfər təşkil edib.
Finss.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, onların 86,8 faizi fiziki şəxslər, 13,2 faizi isə hüquqi şəxslər və digər təşkilatlar olub.
2024-cü ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,8 faiz, fiziki şəxslərin sayı 4,5 faiz, hüquqi şəxslərin sayı isə 6,9 faiz artıb.
Dekabrın 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının sayı 203.001 vahid təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz çoxdur.
2025-ci ilin yanvar–noyabr aylarında 12.957 kommersiya qurumu dövlət qeydiyyatından keçib, onların 88,8 faizi yerli investisiyalı, 11,2 faizi isə xarici investisiyalıdır. Kommersiya qurumlarının 85,1 faizi elektron qaydada qeydiyyata alınıb, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 96,4 faiz təşkil edib.
Dekabrın 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,1 faizi səhmdar cəmiyyət, 1,1 faizi isə kooperativ və digər formalarda yaradılıb.
Fuad Mədətov
Finss.az
