BİZNES

23 Dekabr

Azərbaycandan Fransaya neft ixracı 2,5 dəfə artıb

2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycandan Fransaya 143,1 milyon ABŞ dolları dəyərində, 281,1 min ton həcmində bitumlu süxurlardan əldə edilmiş xam neft və neft məhsulları ixrac olunub.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 86 milyon dollar və ya 2,5 dəfə, həcm baxımından isə 191,3 min ton və ya 3,1 dəfə artım deməkdir.

Hesabat dövründə Fransa Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr sırasında 12-ci yeri tutub.

Qeyd olunur ki, cari ilin yanvar–noyabr aylarında Azərbaycandan dünyanın 21 ölkəsinə ümumilikdə 22,1 milyon ton xam neft və neft məhsulları ixrac olunub, ixracın ümumi dəyəri isə 11,5 milyard ABŞ dolları təşkil edib. 2024-cü ilin analoji dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 1,8 milyard dollar və ya 13,5% azalıb, fiziki ifadədə isə 576 min ton və ya 2,7% artıb.