BİZNES

23 Dekabr

Azərbaycandan İtaliyaya neft ixracı artıb

2025-ci ilin yanvar–noyabr ayları ərzində Azərbaycandan İtaliyaya 6,5 milyard ABŞ dolları dəyərində, 12,7 milyon ton bitumlu süxurlardan əldə olunmuş xam neft və neft məhsulları ixrac edilib.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə pul ifadəsində 383 milyon dollar və ya 6,2%, həcm baxımından isə 2,8 milyon ton və ya 28,3% artım deməkdir.

Ötən ilin yanvar–noyabr aylarında Azərbaycandan İtaliyaya 6,1 milyard ABŞ dolları dəyərində 9,9 milyon ton xam neft və neft məhsulları ixrac olunmuşdu.

Hesabat dövründə İtaliya Azərbaycan neftini idxal edən ölkələr arasında birinci yeri tutub.

Qeyd edək ki, cari ilin yanvar–noyabr aylarında Azərbaycandan dünyanın 21 ölkəsinə ümumilikdə 11,5 milyard ABŞ dolları dəyərində, 22,1 milyon ton xam neft və neft məhsulları (bitumlu süxurlardan əldə olunmuş) ixrac olunub.

Fuad Mədətov
Finss.az