2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycandan xaricə 1,001 milyon ton kimya sənayesi məhsulları ixrac edilib.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu məhsulların ixracından əldə olunan gəlir 301,7 milyon ABŞ dolları təşkil edib.
Məlumata görə, kimya sənayesi məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsində 13,4 min ton və ya 1,3% azalıb, dəyər ifadəsində isə 36,1 milyon ABŞ dolları və ya 13,6% artıb.
Hesabat dövründə kimya sənayesi məhsulları ümumi ixracın 1,29%-ni, qeyri-neft sektoru üzrə ixracın isə 9,10%-ni təşkil edib.
Cari ilin 11 ayında kimya məhsulları arasında 85,5 milyon ABŞ dolları dəyərində 387,7 min ton metanol (metil spirti) ixrac olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 9,4 milyon ABŞ dolları və ya 9,9%, həcm baxımından isə 53,3 min ton və ya 12,1% azdır.
Metanol ixracı hesabat dövründə ümumi ixracın 0,37%-ni, qeyri-neft sektoru üzrə ixracın isə 2,58%-ni təşkil edib.
Bundan əlavə, 11 ay ərzində 163,4 milyon ABŞ dolları dəyərində 521 min ton azot gübrəsi ixrac edilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 50,6 milyon ABŞ dolları və ya 44,9%, həcm baxımından isə 9,4 min ton və ya 1,8% artım deməkdir.
Azot gübrəsinin ixracı ümumi ixracın 0,70%-ni, qeyri-neft sektoru üzrə ixracın isə 4,93%-ni təşkil edib.
Fuad Mədətov
Finss.az
