2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan 1,221 milyard kilovatt-saat elektrik enerjisi ixrac olunub.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu ixracdan əldə olunan gəlir 69,7 milyon ABŞ dolları təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac həcmi 524 milyon kilovatt-saat və ya 30%, dəyər ifadəsində isə 24,2 milyon ABŞ dolları və ya 25,8% azalıb. Hesabat dövründə elektrik enerjisinin qeyri-neft sektorundakı ixrac payı 2,35% olub.
Yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə ümumilikdə 44,589 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,480 milyard ABŞ dolları və ya 3,4% artım deməkdir. Ümumi dövriyyədə ixracın payı 23,401 milyard, idxalın payı isə 21,188 milyard ABŞ dolları olub.
Son bir ildə ixrac 937 milyon ABŞ dolları və ya 3,8% azalaraq, idxal isə 2,416 milyard ABŞ dolları və ya 12,9% artıb. Nəticədə, xarici ticarətdə 2,213 milyard ABŞ dolları məbləğində müsbət saldo formalaşıb ki, bu da illik müqayisədə 3,353 milyard ABŞ dolları və ya 2,5 dəfə azalma deməkdir.
Fuad Mədətov
Finss.az
