BİZNES

22 Dekabr

Azərbaycanda dəniz yolu ilə daşınan yükün həcmi və dəyəri açıqlanıb

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda dəniz nəqliyyatı vasitəsilə daşınan yükün həcmi və dəyəri açıqlanıb.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu dövrdə dəniz yolu ilə 2,420 milyon ton yük daşınıb ki, bu da 2,258 milyard ABŞ dolları dəyərində olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 185,9 milyon dollar və ya 7,6%, həcm baxımından isə 162,8 min ton və ya 6,3% azalma qeydə alınıb.

Hesabat dövründə dəniz yolu ilə ixrac 231,7 min ton yük təşkil edib və bunun dəyəri 151,7 milyon ABŞ dollarına bərabər olub. Bu göstəricilər illik müqayisədə dəyər ifadəsində 63,6 milyon dollar və ya 72,1%, həcm baxımından isə 152,9 min ton və ya 2,9 dəfə artım göstərir.

İdxal isə 2,2 milyon ton yük olub və dəyəri 2,1 milyard ABŞ dolları təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 10,6%, həcm baxımından isə 12,6% azalma müşahidə olunub.

Yanvar-noyabr aylarında Azərbaycanda bütün yüklərin daşınması üzrə 53,808 milyon ton yük daşınıb ki, bunun dəyəri 44,589 milyard ABŞ dollarıdır. Ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1,5 milyard dollar və ya 3,4% artım, həcm baxımından isə 642,4 min ton və ya 1,2% azalma qeydə alınıb.

Ümumi ixrac 44,146 milyon ton yük və 23,401 milyard ABŞ dolları dəyərində olub. İxracda dəyər baxımından 3,8% azalma, həcm baxımından isə 0,6% artım müşahidə olunub.
İdxal isə 9,662 milyon ton və 21,188 milyard ABŞ dolları təşkil edib, dəyər ifadəsində 12,9% artım, həcm baxımından isə 8,4% azalma qeydə alınıb.

Fuad Mədətov
Finss.az