2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan dünyanın 21 ölkəsinə 11,5 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilən 22,1 milyon ton xam neft və neft məhsulları ixrac olunub.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixracın dəyəri 1,8 milyard dollar və ya 13,5% azalsa da, həcm baxımından 576 min ton və ya 2,7% artım qeydə alınıb. Cari ilin ilk 11 ayında ixrac olunan məhsulların ümumi ixrac həcmindəki payı 49,21% təşkil edib.
Eyni dövrdə Azərbaycandan 390,3 milyon ABŞ dolları dəyərində 671,1 min ton xam məhsullardan başqa, bitumlu süxurlardan alınmış və tərkibində 70% və daha çox neft və neft məhsulları olan məhsullar ixrac edilib. Ötən ilin ilk 11 ayı ilə müqayisədə bu göstərici dəyər ifadəsində 68,1 milyon dollar və ya 21,1%, həcm ifadəsində isə 154 min ton və ya 29,8% artım göstərib. Bu məhsulların ölkənin ümumi ixracındakı payı 1,67% olub.
Fuad Mədətov
Finss.az
