2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan 59,9 milyon ABŞ dolları dəyərində 195 min ton neft koksu ixrac edilib.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 3,8 dəfə, həcm baxımından isə 4,5% artım göstərib. Hesabat dövründə neft koksunun ixracı Azərbaycanın ümumi ixracında 0,26% paya malik olub.
Eyni dövrdə Azərbaycandan 1,137 milyon ABŞ dolları dəyərində 4 360 ton neft bitumu ixrac edilib ki, bu da ötən ilin yanvar-noyabr dövrü ilə müqayisədə dəyər ifadəsində 5,2 dəfə, həcm baxımından isə 3,7 dəfə artım deməkdir.
Fuad Mədətov
Finss.az
