2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 44,589 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı həyata keçirib.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrünə nisbətən 1,480 milyard dollar və ya 3,4% artım deməkdir.
Hesabat dövründə xarici ticarət dövriyyəsinin 23,401 milyard dolları ixracın, 21,188 milyard dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 937 milyon dollar və ya 3,8% azalsa da, idxal 2,416 milyard dollar və ya 12,9% artıb.
Nəticədə, xarici ticarətdə 2,213 milyard dollar həcmində müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 3,353 milyard dollar və ya 2,5 dəfə azalma deməkdir.
Fuad Mədətov
Finss.az
