BİZNES

19 Dekabr

“Şahdəniz” qaz-kondensat yatağından indiyədək hasilatın həcmi açıqlanıb

“Şahdəniz” qaz-kondensat yatağından hasilata başlanılmasından indiyədək 263,2 milyard kubmetr qaz hasil edilib.

Finss.az bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir ki, hesabat dövründə yataqdan 52,3 milyon ton kondensat hasil edilib.

Məlumatda qeyd edilib ki, “Şahdəniz” qaz-kondensat yatağından hasilata başlanılmasından 19 il ötür. “Şahdəniz” Mərhələ 1”in uğurla fəaliyyətə başlaması Azərbaycan qazının dünya bazarlarına çıxışında yeni qapılar açaraq ölkəmizin enerji təhlükəsizliyni möhkəmləndirib, iqtisadi inkişafı yeni mərhələyə yüksəldib.

Fuad Mədətov
Finss.az