2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan Rusiyaya elektrik enerjisi ixracı 90,3 milyon kVt/saat təşkil edib və bu ixracdan 3,9 milyon ABŞ dolları gəlir əldə olunub.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, hesabat dövründə Rusiyaya elektrik enerjisinin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsində 56 milyon kVt/saat və ya 38,2%, dəyər ifadəsində isə 3,9 milyon dollar və ya 50,1% azalma göstərib.
Eyni zamanda, 2025-ci ilin ilk 10 ayında Rusiyadan Azərbaycana elektrik enerjisi idxalı 77 milyon kVt/saat olub və bu satışdan 3,3 milyon ABŞ dolları gəlir əldə edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 466 min dollar və ya 20,7% artım, həcm ifadəsində isə 2,5 milyon kVt/saat və ya 3,2% azalma nümayiş etdirib.
Qeyd olunub ki, yanvar-oktyabr aylarında Azərbaycandan ümumilikdə Rusiya, Gürcüstan, İran və Türkiyəyə 1,128 milyard kVt/saat elektrik enerjisi ixrac edilib, bunun dəyəri 64,5 milyon ABŞ dolları təşkil edib. Eyni dövrdə Rusiya, Gürcüstan və İrandan Azərbaycana 148,8 milyon kVt/saat elektrik enerjisi idxal olunub və bu, 6,6 milyon ABŞ dolları dəyərində olub.
Fuad Mədətov
Finss.az
