BİZNES

19 Dekabr

Azərbaycandan İrana elektrik ixracından 680 min dollar gəlir əldə edilib

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan İrana elektrik enerjisi ixracı 23,9 milyon kVt/saat təşkil edib və bu ixracdan 680 min ABŞ dolları gəlir əldə olunub.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, hesabat dövründə İrana elektrik enerjisinin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsində 6,6 milyon kVt/saat və ya 21,6%, dəyər ifadəsində isə 187,4 min dollar və ya 21,6% azalma göstərib.

Eyni zamanda, İrandan Azərbaycana elektrik enerjisi idxalı 2,2 milyon kVt/saat olub və bu satışdan 619 min ABŞ dolları gəlir əldə edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 213,8 min dollar və ya 25,7%, həcm ifadəsində isə 7,5 milyon kVt/saat və ya 25,6% azalma nümayiş etdirib.

Qeyd olunub ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan ümumilikdə Rusiya, Gürcüstan, İran və Türkiyəyə 1,128 milyard kVt/saat elektrik enerjisi ixrac edilib, bunun dəyəri 64,5 milyon ABŞ dolları təşkil edib. Eyni dövrdə Rusiya, Gürcüstan və İrandan Azərbaycana 148,8 milyon kVt/saat elektrik enerjisi idxal olunub və bunun dəyəri 6,6 milyon ABŞ dolları olub.

Fuad Mədətov
Finss.az