BİZNES

18 Dekabr

KOB subyektlərinin sayı 2018-ci ildən bəri 74% artıb - Orxan Məmmədov

Finss.az -  Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Güc biznesdədir – Dayaq” mükafatının təqdim olunması mərasimində KOB sektorunda əldə olunan nəticələrdən danışıb.
 
O.Məmmədov bildirib ki, həyata keçirilən birgə fəaliyyətin real nəticələri statistik göstəricilərdə aydın şəkildə öz əksini tapır:
 
“Birgə fəaliyyətimizin real nəticəsi isə statistik göstəricilərdə aydın görünür. 2018-ci ildən bu günə qədər KOB subyektlərinin sayı təxminən 74% artaraq 424 minə çatıb. KOB-lar tərəfindən yaradılan əlavə dəyər 10 milyard manatdan 21 milyard manata yüksəlib. Ötən il KOB-ların dövriyyəsi 48 milyard manatı keçərək qeyri-neft dövriyyəsinin 37%-ni təşkil edib.”
 
KOBİA sədri qeyd edib ki, bu göstəricilər ölkədə kiçik və orta sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyinin və həyata keçirilən islahatların effektivliyini təsdiqləyir.

Fuad Mədətov
Finss.az