2025-ci ilin yanvar–oktyabr ayları ərzində Türkmənistandan Azərbaycana 230,9 milyon kubmetr həcmində təbii qaz idxal olunub.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu müddət ərzində idxal olunan qazın dəyəri 35,2 milyon ABŞ dolları təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 17,9 milyon ABŞ dolları və ya 33,7%, həcm baxımından 123,2 milyon kubmetr və ya 34,8% azalma göstərib.
Qeyd edək ki, 2025-ci ilin yanvar–oktyabr aylarında Azərbaycandan ölkə xaricinə ümumilikdə 20,649 milyard kubmetr təbii qaz ixrac olunub. İxracın ümumi dəyəri 7,418 milyard ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu, dəyər ifadəsində 569,3 milyon ABŞ dolları və ya 8,3% artım, həcm baxımından isə 690,003 milyon kubmetr və ya 3,2% azalma deməkdir.
Eyni zamanda, cari ilin ilk 10 ayında Azərbaycana 39,151 milyon ABŞ dolları dəyərində 252,158 milyon kubmetr təbii qaz idxal edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 40,2 milyon ABŞ dolları və ya iki dəfə azalma, həcm baxımından isə 243,6 milyon kubmetr və ya 49,1% azalma göstərib.
Fuad Mədətov
Finss.az
