2025-ci ilin yanvar–noyabr ayları ərzində Naxçıvan Muxtar Respublikası üzrə istehlakçılara 1,6 milyon manatdan çox əlavə dəyər vergisi (ƏDV) geri qaytarılıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 25,3% artım deməkdir.
Finss.az xəbər verir ki, bu barədə məlumatı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yayıb.
Məlumata görə, layihənin icrası müddətində istehlakçılara geri qaytarılan ümumi məbləğ 3,9 milyon manatdan çox olub.
Bundan əlavə, yeni nəsil nəzarət – kassa aparatlarından (NKA) istifadənin genişlənməsi hesablaşmaların şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin gücləndirilməsinə şərait yaradıb. 2025-ci ilin 11 ayında Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 457 milyon manatdan artıq olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 91 milyon manat və ya 24,9% artım təşkil edir.
Fuad Mədətov
Finss.az
