BİZNES

18 Dekabr

Rusiyadan Azərbaycana təbii qaz idxalı 21,2 milyon kubmetr təşkil edib

2025-ci ilin yanvar–oktyabr aylarında Rusiyadan Azərbaycana 21,2 milyon kubmetr həcmində təbii qaz idxal olunub.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 22,3 milyon ABŞ dolları və ya 85,1%, həcm baxımından isə 120,5 milyon kubmetr və ya 85% azalma göstərib.

Qeyd edək ki, 2025-ci ilin yanvar–oktyabr aylarında Azərbaycandan ölkə xaricinə ümumilikdə 20,649 milyard kubmetr təbii qaz ixrac olunub. İxracın ümumi dəyəri 7,418 milyard ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu, dəyər ifadəsində 569,3 milyon ABŞ dolları və ya 8,3% artım, həcm baxımından isə 690,003 milyon kubmetr və ya 3,2% azalma deməkdir.

Eyni zamanda, cari ilin ilk 10 ayında Azərbaycana 39,151 milyon ABŞ dolları dəyərində 252,158 milyon kubmetr təbii qaz idxal edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 40,2 milyon ABŞ dolları və ya iki dəfə azalma, həcm baxımından isə 243,6 milyon kubmetr və ya 49,1% azalma nümayiş etdirib.

Fuad Mədətov
Finss.az