BİZNES

18 Dekabr

Azərbaycandan Türkiyəyə qaz ixracının həcmi artıb

2025-ci ilin yanvar–oktyabr aylarında Azərbaycandan Türkiyəyə 2,216 milyard ABŞ dolları dəyərində 8,171 milyard kubmetr təbii qaz ixrac edilib.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 291 milyon ABŞ dolları və ya 12,2% azalma, həcm baxımından isə 23 milyon kubmetr və ya 0,3% artım göstərib.

Qeyd edək ki, 2025-ci ilin ilk 10 ayında Azərbaycandan ölkə xaricinə ümumilikdə 20,649 milyard kubmetr təbii qaz ixrac olunub. İxracın ümumi dəyəri 7,418 milyard ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu, dəyər ifadəsində 569,3 milyon ABŞ dolları və ya 8,3% artım, həcm baxımından isə 690,003 milyon kubmetr və ya 3,2% azalma deməkdir.

Eyni zamanda, cari ilin ilk 10 ayında Azərbaycana 39,151 milyon ABŞ dolları dəyərində 252,158 milyon kubmetr təbii qaz idxal edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 40,2 milyon ABŞ dolları və ya 49,1% azalma, həcm baxımından isə 243,6 milyon kubmetr və ya iki dəfə azalma nümayiş etdirib.

Fuad Mədətov
Finss.az