Cari ilin yanvar–oktyabr aylarında Azərbaycandan Yunanıstana 392,8 milyon ABŞ dolları dəyərində 752,7 milyon kubmetr təbii qaz ixrac olunub.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixracın dəyəri 72,6 milyon ABŞ dolları və ya 22,7% artıb, həcm baxımından isə 16,6 milyon kubmetr və ya 2,2% azalma qeydə alınıb.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin yanvar–oktyabr aylarında Azərbaycandan Yunanıstana 769,3 milyon kubmetr təbii qaz ixrac edilmiş, bu ixracın ümumi dəyəri 320,2 milyon ABŞ dolları təşkil etmişdi.
Ümumilikdə, 2025-ci ilin ilk 10 ayında Azərbaycandan xarici bazarlara 20,649 milyard kubmetr təbii qaz ixrac edilib. İxracın ümumi dəyəri 7,418 milyard ABŞ dolları olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 569,3 milyon ABŞ dolları və ya 8,3% artım, həcm baxımından isə 690,003 milyon kubmetr və ya 3,2% azalma deməkdir.
Eyni zamanda, cari ilin yanvar–oktyabr aylarında Azərbaycana 39,151 milyon ABŞ dolları dəyərində 252,158 milyon kubmetr təbii qaz idxal edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 40,2 milyon ABŞ dolları və ya iki dəfə, həcm baxımından isə 243,6 milyon kubmetr və ya 49,1% azalıb.
Fuad Mədətov
Finss.az
