2025-ci ilin yanvar–oktyabr aylarında Azərbaycandan İtaliyaya 3,876 milyard ABŞ dolları dəyərində 7,903 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edilib.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixracın dəyəri 628 milyon ABŞ dolları və ya 3,3% azalıb, həcmi isə 612 milyon kubmetr və ya 21% artıb.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin yanvar–oktyabr aylarında Azərbaycandan İtaliyaya 8,063 milyard kubmetr təbii qaz ixrac edilmiş, bu ixracın ümumi dəyəri 3,248 milyard ABŞ dolları olmuşdu.
Ümumilikdə, 2025-ci ilin ilk 10 ayında Azərbaycandan xarici bazarlara 20,649 milyard kubmetr təbii qaz ixrac edilib. İxracın ümumi dəyəri 7,418 milyard ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 569,3 milyon ABŞ dolları və ya 8,3% artım, həcm baxımından isə 690,003 milyon kubmetr və ya 3,2% azalma deməkdir.
Eyni zamanda, cari ilin yanvar–oktyabr aylarında Azərbaycana 39,151 milyon ABŞ dolları dəyərində 252,158 milyon kubmetr təbii qaz idxal edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 40,2 milyon ABŞ dolları və ya iki dəfə, həcm baxımından isə 243,6 milyon kubmetr və ya 49,1% azalıb.
Fuad Mədətov
Finss.az
