2025-ci ilin yanvar–oktyabr aylarında Azərbaycana 22 ölkədən 4,515 milyard ABŞ dolları dəyərində 44 441 kiloqram qızıl idxal edilib.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə qızıl idxalının dəyəri 2,4 milyard ABŞ dolları və ya 2,1 dəfə, həcmi isə 17,3 min kiloqram və ya 1,6 dəfə artıb.
Hesabat dövründə Azərbaycana qızıl idxal edən əsas ölkələr sırasında Avstraliya, Rusiya və Böyük Britaniya (ABŞ) yer alıb. Cari ilin ilk 10 ayında idxal edilən qızılın ölkələr üzrə həcmi və dəyəri aşağıdakı kimi olub:
- Avstraliya – 7 104,22 kq (760 187,83 min ABŞ dolları)
- Rusiya – 6 783,68 kq (656 760,54 min ABŞ dolları)
- Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığı – 4 860,9 kq (481 268,41 min ABŞ dolları)
- ABŞ – 4 453,16 kq (458 836,39 min ABŞ dolları)
- Braziliya – 1 021,46 kq (953 118,81 min ABŞ dolları)
- İsveçrə – 3 453,45 kq (396 289,23 min ABŞ dolları)
- Qazaxıstan – 2 556,83 kq (262 172,89 min ABŞ dolları)
- Cənubi Afrika Respublikası – 2 526,6 kq (267 467,72 min ABŞ dolları)
- Özbəkistan – 2 200,91 kq (246 338,19 min ABŞ dolları)
- Meksika – 2 557,6 kq (233 513,81 min ABŞ dolları)
(digər ölkələr üzrə idxal da hesabatda yer alıb)
Eyni zamanda, 2025-ci ilin yanvar–oktyabr aylarında Azərbaycanda 2 593 kiloqram qızıl istehsal edilib. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 425,6 kiloqram və ya 19,6% artım deməkdir. 2024-cü ilin ilk 10 ayında ölkədə 2 167 kiloqram qızıl istehsal olunmuşdu.
Bu ilin noyabr ayının 1-nə ölkədə hazır qızıl ehtiyatı 69,7 kiloqram təşkil edib.
Qeyd edək ki, qızıl idxalına yarımişlənmiş formalarda olan çubuqlar, məftillər, profillər, lövhələr, qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və lentlər daxildir.
Fuad Mədətov
Finss.az
