BİZNES

18 Dekabr

Azərbaycandan Gürcüstana qaz ixracının dəyəri artıb

2025-ci ilin yanvar–oktyabr aylarında Azərbaycandan Gürcüstana 198,970 milyon ABŞ dolları dəyərində 1,890 milyard kubmetr təbii qaz ixrac edilib.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac məbləğ baxımından 64,6 milyon dollar və ya 24,5% artıb, lakin həcm baxımından 880,2 milyon kubmetr və ya 31,8% azalıb.

Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin yanvar–oktyabr aylarında Azərbaycandan Gürcüstana 2,771 milyard kubmetr təbii qaz ixrac olunmuş, ixracın ümumi dəyəri isə 263,595 milyon ABŞ dolları təşkil etmişdi.

Ümumilikdə 2025-ci ilin ilk 10 ayında Azərbaycandan xaricə 20,649 milyard kubmetr təbii qaz göndərilib ki, bu da 7,418 milyard ABŞ dolları dəyərindədir. Ötən ilin eyni dövrü ilə müqayisədə ümumi ixrac dəyər baxımından 569,3 milyon dollar və ya 8,3% artıb, həcm baxımından isə 690,003 milyon kubmetr və ya 3,2% azalıb.

Eyni zamanda, 2025-ci ilin ilk 10 ayında Azərbaycana 252,158 milyon kubmetr təbii qaz idxal edilib, dəyəri isə 39,151 milyon ABŞ dolları təşkil edib. Bu, bir il əvvəllə müqayisədə dəyər baxımından 2 dəfə artım, həcm baxımından isə 243,6 milyon kubmetr və ya 49,1% azalma deməkdir.

Fuad Mədətov
Finss.az