2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda maye qaz istehsalı 206,7 min ton təşkil edib.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 40,4 min ton və ya 24,3% artım deməkdir. Keçən ilin ilk 11 ayında ölkədə maye qaz istehsalı 166,3 min ton olub.
Hesabat dövründə dekabrın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 3 min ton təşkil edib.
Qeyd olunur ki, neft məhsullarının istehsalı sahəsində ümumi istehsal dəyəri 5,013 milyard manat olub və bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,6% artım deməkdir.
Fuad Mədətov
Finss.az
