BİZNES

17 Dekabr

Azərbaycanda su elektrik stansiyalarında istehsal azalsa da, istilik stansiyalarında artım müşahidə olunub

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda su elektrik stansiyalarında (SES) 2,666 milyard kVt-saat elektrik enerjisi istehsal edilib.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 54,3 milyon kVt-saat və ya 2% azdır.

Eyni dövrdə ölkədə istilik elektrik stansiyalarında (İES) 20,445 milyard kVt-saat elektrik enerjisi istehsal olunub ki, bu da ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 183,4 milyon kVt-saat və ya 0,9% artım deməkdir. İES-də istehsal olunan enerjinin 172,9 milyon kVt-saatı tullantıların yandırılmasından əldə edilib, bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 9,9 milyon kVt-saat və ya 5,4% azlıq deməkdir.

Ümumilikdə, Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2025-ci ilin yanvar-noyabr aylarında 3,096 milyard manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal həcmi isə 597,5 milyon manat təşkil edib.

Fuad Mədətov
Finss.az